Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:07

NATO satellit şəkillərinin həqiqliyində israr edir


NATO-nun Avropadakı qoşunlarının komandanlığı aprelin 11-də bəyanat verib ki, Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının satellitdən çəkilmiş şəkilləri korrektdir və NATO bu şəkillərin həqiqliyində israr edir.

NATO kosmosdan çəkilmiş şəkilləri yayandan sonra Rusiya onları şübhə altına alır. Rusiya iddia edir ki, şəkillər 2013-cü il avqustun 13-də hərbi təlimlər vaxtı çəkilib.
NATO isə bildirir ki, şəkillər martın axırı- aprelin əvvəli çəkilib və sərhəddə 35-40 min Rusiya əsgəri var.

NATO-nun baş katibi Rasmussen aprelin 11-də deyib ki, Rusiya qoşunlarını geri çəkməlidir.
XS
SM
MD
LG