Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Fransada 2,4 milyon doza saxta Çin dərmanı tutulub


Fransa Avropa Birliyində Çindən gətirilən ən böyük saxta dərman partiyasını üzə çıxardığını elan edib.

Müsadirə olunan dərman dozalarının sayı 2 milyon 400 mindir. Saxta dərman fevralın sonunda Fransanın Havr limanına gətirilib.

Saxta dərmanlar üstündə “Çin çayı” yazılan qutularda olub.

Saxta dərmanlar başağırısı, qarın ağrısı kimi xəstəliklərə qarşı olub. Fransa gömrüyü bildirir ki, saxta dərmanların çoxunun tərkibində aktiv maddələr olmayıb. Bunlar faktiki alıcıları aldatmaqdan başqa bir şey deyil.

Ancaq o biri saxta dərmanların tərkibində aktiv maddələr olub, bunlar isə xəstələrə birbaşa ziyan vura bilər.

Bundan əvvəl Fransada tutulan ən böyük saxta dərman partiyası 1,2 milyon dərman dozasından ibarət idi. Bu partiya da havr limanında 2013-cü ilin mayında tutulmuşdu.

Fransada dekabr ayında Çindən gələn saxta dərçman alveri edən 1300 adam tutulub. Onlarla sayt bağlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG