Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:57

Ter-Petrosian: "Ermənistanda siyasi mənada qərbpərəst qüvvə yoxdur"


Ermənistanla Ukrayna hadisələri arasında parallellər aparmaq yersizdir, - bunu Ermənistanın ilk prezidenti, indi müxalifət lideri Ter-Petrosian deyib.

O hesab edir ki, “Ukrayna hadisələri bu ölkənin Qərblə Rusiya arasında daimi seçimi ilə bağlıdır. Ukrayna Bohdan Xmelnitski vaxtında da, Petlyura vaxtında da, İkinci Dünya Müharibəsində də bu seçim qarşısında idi.

Ermənistanda isə siyasi mənada ( mədəni və dəyər baxımından yox, mən bunu qeyd edirəm) bəzilərini və marqinal elementləri çıxmaq şərtilə, qərbpərəst qüvvələr yoxdur. Əgər olsaydı, 20-30 adamlıq mitinqlərin yerinə çoxsaylı “maydan” təşkil olunardı.”

Ter-Petrosian deyir ki, “ölkə prezidenti Sarkisian Gömrük İttifaqına qoşulmağı sentybarın 3-də elan edib, ancaq hələ də “maydan” yoxdur.”
XS
SM
MD
LG