Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:07

Avropa Birliyi sanksiya siyahısını genişləndirir


Avropa Birliyi hesabları dondurulan keçmiş Ukrayna rəsmilərinin siyahısına gələn həftə əlavələr edəcək. İndiki siyahıda Viktor Yanukovich və onun oğlunun da adı var.

Xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı toplantısında Rusiya ilə bağlı siyahıya da banklar və yeni şəxslər əlavə oluna bilər. O cümlədən, Rusiyaya silah satışında yeni lisenziyalar verilməyə bilər. Həmçinin Krımdan idxal qadağan oluna bilər.

Ancaq sanksiyalarda belə qabağa getməkdə Avropa Birliyi ölkələri arasında fikir ayrılığı var. Almaniya hesab edir ki, sərt sanskiyalar ABŞ, Rusiya, Ukrayna və Avropa Birliyinin aprelin 16-dakı birgə müzakirəsinə mane ola bilər.
XS
SM
MD
LG