Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:54

İnternetdə parolları dəyişin!


Berlusconi və Putin, 2004-cü il
Berlusconi və Putin, 2004-cü il
-
Qərb mediasının ən çox müzakirə etdiyi mövzu Putin məsələsidir. Fransa qazax bankirini Rusiyaya vermir. Yahoo internet parollarını dəyişməyi məsləhət görür

Wall Street Journal yazır ki, Britaniyanın Müstəqillik Partiyasının lideri Nigel Farage Putinin Rusiyası haqda bu yaxınlarda deyib: “Mən Putini xoşlamıram, Mən ona etibar etmirəm və mən o ölkədə yaşamaq istəməzdim. Ancaq Rusiyada xarici siyasəti aparan uşaqlara baxanda mənim Putinə hörmətim xeyli artır”.

Qəzet belə qiymətləndirmələri düzgün saymır. Hesab edir ki, tənqid edib, sonra bir “amma”, “ancaq” qoyub əksini demək əvvəl dediklərinin üstündən xətt çəkir.
Hətta ABŞ-ın və Avropanın çox təcrübəli adamları da bəzən deyir ki, “Putinin Krımda etdiyini bəyənmirəm, ancaq o, qətidir”.

İtaliyanın keçmiş baş naziri Berlusconi və Almaniyanın keçmiş kansleri Schmidt isə daha yumşaq tənqid edirlər: Putinin Krımı anneksiyası “anlaşılmazdır”.

Qəzet hesab edir ki, belə ifadələr “siyasi virusdur”, demaqoqiyadır.

***

Financial Times yazır ki, Qazaxıstanın keçmiş bankiri Mukhtar Ablyazov onun Rusiyaya verilməsi haqda Fransa məhkəməsinin qərarından appelyasiyanı uddu.

Qazaxıstanın BTA bankının keçmiş sədri və əsas payçısı olan Ablyazov Qazaxıstan hökumətindən və dövlətindən 6 milyard dollar oğurlmaqda ittiham olunur. Keçən iyulda Fransada həbs olunmuş Ablyazovu eyni vaxtda Rusiya və Ukrayna da tələb edir.

Keçmiş enerji naziri Ablyazov ittihamları rədd edir, O hesab edir ki, bunlar Qazaxıstan prezidenti Nazarbayevin ona qarşı intiqam kampaniyasıdır. Ablyazov deyir ki, o, siyasi müxalifətçiliyinə və bankının əlindən alınmasına etirazına görə cəzalanır.

***

BBC yazır ki, texnoloji şirkətlər öz müştərilərinə kütləvi şəkildə məsləhət görürlər ki, bütün parollarını dəyişsinlər. Yahoo-nun blog platforması olan Tumblr hamıya məsləhət görür ki, bank,e-mail və bütün vacib parollarını mütləq dəyişsinlər.


Düzdür, bu parol dəyişməsi zəruriyyəti OpenSSL sistemindən istifadə edənlərə aiddir, məsələn, Microsoftun İİS proqramından istifadə edənlərə təsir etmir, ancaq bununla belə, parolları dəyişmək məsləhətdir. Bəs parol necə olmalıdır?

Surrey Universitetindən internet təhlükəsizliyi eksperti Alan Woodward məsləhət görür ki, parol heç vaxt sizinlə bağlı olmamalıdır. Çünki hakerlər sosial mediadan sizin haqqınızda çox şey öyrənirlər.

İkincisi, parol lüğətdə olan söz olmamalıdır.Məsələn, Myd0gha2B1g3ars! – yaxşı paroldur. Bir də, müxtəlif sistemlərdə müxtəlif parollardan istifadə edin!.

***

Washington Post yazır ki, Kerry telefon danışığında Lavrova deyib ki, ABŞ-ın özəl təhlükəsizlik şirkəti olan Greystone Ukraynada heç bir əməlyyat keçirmir. Rusiya bildirirdi ki, Ukraynada hökumət əleyhinə nümayişlərlə mübarizədə Greystone şirkətinə müraciət ediblər və Ukraynanın təhlükəszilik xidmətinin görmək istəmədiyi “çirkli işlərdə” onun xidmətindən istifadə edirlər.

Bu ittihamla bağlı Greystone verdiyi bəyanatında bildirir ki, “Greystone Ukraynada əməliyat keçirmir, əməliyyat planlaşdırmır və Ukraynaya öz üzvlərini göndərməyi nəzərdə tutmur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG