Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:42

Norveç səfirinin Naxçıvandakı sabitlikdən məmnun qaldığı yazılır


Naxçıvan
Naxçıvan
-
Aprelin 9-da Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Norveç Krallığının Azərbaycandakı səfiri Erling Skjønsberg-lə görüşüb.

Bu haqda Muxtar Respublika Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə V.Talıbov Azərbaycan-Norveç əlaqələrinə toxunaraq, Naxçıvanın da bu əlaqələrdə iştirakının əhəmiyyətini vurğulayıb. O, təhsil, səhiyyə, biznes və digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.

Ali Məclisin məlumatında deyilir ki, səfir Erling Skjønsberg MR-da bütün sahələr üzrə inkişaf və mövcud sabitlikdən məmnunluq bildirib. O, həmçinin ikitərəfli münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini də qeyd edib.

Səfərlə bağlı Norveç səfirliyindən də açıqlama almaq istədik. Səfirlikdən bildirdilər ki, Erling Skjønsberg hazırda Bakıda olmadığından hər hansı açıqlama verə bilməyəcəklər.
XS
SM
MD
LG