Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 06:02

Araz Əzimov: Mövqelərdə dəyişiklik yoxdur


Araz Əzimov
-

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda qarşı tərəfdə dəyişiklik yoxdur.

Bunu aprelin 10-da jurnalistlərə Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.

Araz Əzimov ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə də toxunub:

«Qarşı tərəfin mövqelərində heç bir dəyişiklik yoxdur. Dəyişmək üçün tendensiya da görünmür. Ümumiyyətlə, bir zaman çərçivəsində Minsk qrupunun həmsədrlərindən həmişə gileylərimiz çox olub. Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr olan ölkələrin arasında məncə, əlaqələr həddən artıq gərginləşir.

İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib orta məxrəc axtarışı ilə ciddi olaraq məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir».
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG