Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:44

Azərbaycan Ordusu daha bir əsgərini itirib


Azərbaycan əsgəri
Azərbaycan əsgəri
APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən «N» saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirlinin təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralandığı bildirilir. Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən agentliyə faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

E. Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG