Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:15

AŞPA Ukraynanı dəstəkləyən qətnamə qəbul etdi


AŞPA
AŞPA
-

Aprelin 9-da Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynanın Krım regionunu anneksiya etməsini pisləyən qətnamə qəbul edib. AŞPA Krımın Rusiyaya birləşməsi ilə bağlı keçirdiyi referendumun Ukrayna konstitusiyasını pozduğunu bəyan edib.

Qətnamədə bildirilir ki, Rusiya Federasiyasının hərəkətlərinə haqq qazandıran heç bir arqument həqiqəti əks etdirmir.

AŞPA hesab edir ki, anneksiyadan öncə Krımda yaşayan nə rusdilli, nə də digər azlıqların hüquqlarını pozacaq bir təhlükə olub. Əksinə, anneksiyadan sonra Krımda etnik ukraynalılar və krım tatarlarına qarşı insan haqlarının pozulması faktları artıb.

Parlament Assambleyası Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.

Assambleya Ukraynanın yeni hökumətinin legitimliyini tanıdığını və onlarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda AŞPA Ukrayna sərhədi boyunca Rusiya hərbi qüvvələrinin artırmasından da narahatlığını ifadə edib.

154 nəfər qətnamənin lehinə, 26 nəfər əleyhinə səs verib, 14 deputat bitərəf qalıb.

Rusiya nümayəndə heyəti qətnaməni qərəzli və Avropa Şurası tarixində ikili standartların nümayişinin ən bariz nümunəsi adlandırıb.
XS
SM
MD
LG