Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:03

Çempionlar Liqasında daha iki yarımfinalçı müəyyənləşdi


Arxiv foto
Arxiv foto
Ötən gün Çempionlar Liqasında daha iki yarımfinalçı müəyyənləşib – «Atletico Madrid» və «Bavariya».

Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində «Atletiko Madrid» «Barcelona» ilə qarşılaşıb, oyun 1:0 birincinin qələbəsi ilə başa çatıb. «Bavariya» isə «Mançester Yunayted»i qəbul edib, qarşılaşma 3:1 hesabı ilə bitib.

Beləliklə, Çempionlar Liqasının bütün yarımfinalçıları artıq məlumdur – «Atletico Madrid», «Bavariya», «Real Madrid» və «Çelsi».

Yarımfinal mərhələsinin püşkü aprelin 11-də keçiriləcək.
XS
SM
MD
LG