Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:58

«Nuh peyğəmbər»ə senzura qoydular


Russell Crowe
Russell Crowe
-
Darren Aronofsky-nin çəkdiyi «Nuh: Böyük tufan» («Noah») filmi dünya ekranlarında göstəriləndən bəri gözlənilməz reaksiyayla üzləşib.

Oskarlı aktyor Russell Crowe-nun baş rolunu canlandırdığı film bəzi ölkələrdə senzuraya uğrayıb.

«BÖYÜK TUFAN» NECƏ CANLANDIRILIB?

...İnsanlar yer üzünü yaşanmaz hala gətiriblər. Hər cür əxlaqsızlıq, oğurluq, cinayət, xaos – sonu bilinməz qarmaqarışıqlıq baş alıb gedir...

Belə bir zamanda Nuh yuxusunda Yaradanı görür və beləcə, Nuh gələcək tufandan xəbər tutur.

Yaradan ona böyük bir gəmi inşa etməsini, yer üzündəki hər heyvan cinsindən bir cütünü gəmiyə götürməsini də buyurur.

Bu gəmi Nuhun ailəsinə də qurtuluş gətirəcək.

Yaxınlaşan tufandan duyuq düşən insanlar gəmiyə minmək üçün Nuhla çarpışırlar...

FİLM BƏZİ ÖLKƏLƏRDƏ YASAQLANIB

Dünya mediasında yayılan xəbərlərə görə, çox böyük əmək xərclənən bu filmə ilk reaksiya bu ekran əsərinin yaradıcıları üçün gözlənilməz olub – bəzi ölkələr filmə senzura qoyublar.

Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Malayziya, Misir və Bəhreyndə «islami dəyərlərə uyğun olmadığı»nı bildirərək filmi yasaqlayıblar.

Bu ölkələr peyğəmbərin üzünün göstərilməsinin yolverilməz olduğuna diqqət çəkərək, filmin yaradıcılarını qınayıblar.

FİLM HƏTTA ABŞ-DA QINANIB...

Maraqlıdır ki, film ABŞ-da da etiraz doğurub. Mühafizəkar Xristianlar Partiyası «bir peyğəmbərin həyatının sənət baxımından anladılmasının mümkünsüzlüyünü və gerçəyə uyğun olmadığını» əsas gətirərək filmə qadağa qoyulmasını tələb edib.
Avropa və Cənubi Amerika ölkələrində isə film böyük maraqla izlənir.

RUSSELL CROWE: «FİLM YASAQLANSA, DƏLİ OLARAM»

Aprelin 3-dən «Nuh» Türkiyədə göstərilməyə başlanıb.

Daha öncə filmin baş rol oyunçusu Russell Crowe Twitter-dən göndərdiyi mesajında belə deyib: «İnanıram ki, türkiyəli dostlar «Nuh»u seyr edə biləcəklər. Film də Twitter kimi yasaqlansa, dəli olaram (bu mesaj yazılarkən Türkiyədə Twitter yasağı vardı – S.İ.). İfadə azadlığına... harayadək sərhəd çəkmək olar?».

FİLM TURİST AXINI YARADACAQ

Bu arada dünya mediası «böyük tufan»ın baş verdiyi ölkələri görmək üçün turistlərin səbirsizləndiyini də yazır.

«Nuh tufanı»nın keçdiyi şərqi Anadolu bölgəsi artıq medianın hədəfindədir.
Filmin Cənubi Amerika və Kanadada nümayişi təkcə ilk həftədə 44 milyon ABŞ dollar qazandırıb

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG