Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:03

Marquez xəstəxanadan çıxdı, amma...


Gabriel Garcia Marquez, 30 sentyabr 2013
-

Nobel mükafatlı yazıçı Gabriel Garcia Marquez müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

87 yaşlı yazar son 8 gündə Mexikodakı xəstəxanada sətəlcəmdən müalicə olunurdu.

Bundan başqa sidik yollarında da infeksiya vardı.

Meksikanın Səhiyyə Nazirliyindən deyiblər ki, yazıçının sağlamlıq durumu kövrək olaraq qalır. Bu da onun yaşı ilə bağlıdır.

Amma ailəsinə deyilib ki, vəziyyəti stabildir.

Xəstəxanada onun antibiotiklər qəbul etdiyi və orqanizminin buna pozitiv reaksiya verdiyi barədə məlumat yayılmışdı.

Marquez Mexikonun cənubundakı evinə aparılıb - xəstəxana ambulansında. Yazıçı müalicəsini evində davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG