Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

Məşhur yunan rejissor Bakıda «Antiqona»nı tamaşaya qoyacaq


Theodoros Terzopoulos
Theodoros Terzopoulos
-
Məşhur yunan rejissoru, Avropanın aparıcı rejissorlarından sayılan Theodoros Terzopoulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub.

SOFOKLUN «ANTİQONA»SI BAKIDA GÖSTƏRİLƏCƏK

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Theodoros Terzopoulos-la əldə olunan razılığa əsasən, bu ilin sonlarında rejissor Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun «Antiqona» faciəsini tamaşaya hazırlayacaq.
Xəbəri verən qaynağın fikrincə, dünya teatr məkanında birmənalı qəbul olunan, Avropa ölkələrinin teatrları tərəfindən davamlı dəvətlər alan rejissorun Akademik Milli Dram Teatrında tamaşa hazırlaması Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasının və son illər ərzində əldə olunan yüksək inkişaf səviyyəsinin göstəricisidir.

İKİNCİ GƏLİŞDƏ KASTİNQ KEÇİRİLƏCƏK

T.Terzopoulos-un bu səfərində «Antiqona» tamaşasının detalları müzakirə olunub.

Rejissor ikigünlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə qeyd olunub ki, tezliklə T.Terzopoulos-un Bakıya daha bir səfəri gözlənilir.

Növbəti səfərdə rejissor «Antiqona» tamaşası üçün kastinq keçirmək, eləcə də seminarlar və ustad dərsləri təşkil etmək fikrindədir.

TERZOPOULOS-UN BİOQRAFİYASI--ANTİK FACİƏ ÜZRƏ ƏN YAXŞI...

T.Terzopoulos Yunanıstanın şimalında, Evripidin doğulduğu Makriqialos kəndində doğulub.

Teatr təhsilini Yunanıstanda və Almaniyada alıb.

«Berliner Ensemble»da Ruth Berghaus, Benno Benson, Heiner Müller-in rəhbərliyi altında çalışıb.

1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub.

1993-cü ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. 1985-ci ildə Afinada Attis Teatrını yaradıb və Delf Festivalını təşkil edib.

1990-cı ildə Aralıq dənizi ölkələri teatrları beynəlxalq institutunu yaradıb və bu instituta rəhbərlik edib.

Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb.

Hazırda T.Terzopoulos Avropa teatrında antik faciə üzrə ən yaxşı mütəxəssis sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG