Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 14:50

Rasmussen: "Rusiyanın şərqi Ukraynaya müdaxiləsi tarixi səhv olardı"


NATO Baş katibi Rasmussen Rusiyaya xəbərdarlıq edib ki, şərqi Ukraynaya Rusiyanın istənilən müdaxiləsi tarixi səhv olardı.

Rasmussen Parisdə deyib ki, Rusiyanın Ukraynaya yeni müdaxiləsi Rusiyanın beynəlxalq təcridinə aparacaq və Moskvanın NATO ilə əlaqələrinə ölümcül zərbə vuracaq.

Rasmussen Moskvanı Ukrayna ilə sərhəddən on minlərlə qoşunu geri çəkməyə çağırıb.
Krımın anneksiyasından sonra NATO Rusiya ilə bütün əməkdaşlığı dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG