Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:46

Ukraynada 70 «separatçı» həbs olunub


Xarkov
Xarkov
-
Ukraynanın daxili işlər naziri deyir ki, Xarkov şəhərində anti-terror əməliyyatı davam edir. «Interfax» Arsen Avakov-a istinadla xəbər verir ki, 70-ə yaxın «separatçı» regional inzibati binanı tutduğuna görə həbs olunub.

Avakov «facebook» səhifəsində yazıb ki, şəhər mərkəzi bağlanıb.

Ukraynanın daxili işlər naziri saxlananların «separatçılıq, kütləvi sabitsizliyin təşkili, insan səhhətinə ziyan kimi qanunsuz fəaliyyətdə» şübhəli bilindiyini deyir.

Rusiya Xarici İşlər Nazirliyi aprelin 8-də Kiyev rəsmilərini çağırıb ki, Ukraynanın cənub-şərqində hərbi qüvvələrin anti--hökumət etirazçıları əzməsini dayandırsın.

Aprelin 6-da Rusiyayönümlü etirazçılar Xarkov, Luqansk və Donetskdə rəsmi binaları tutub. Onlar Rusiyaya birləşməyə dair referendum tələb ediblər.
XS
SM
MD
LG