Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:39

Rusiya Ukraynadan süd məhsullarının idxalını qadağan edir


Arxiv foto
Arxiv foto
Rusiyanın istehlakçıların müdafiəsi agentliyi deyir ki, Ukraynanın altı süd istehsalçısından süd idxalını dayandırıb.

Rospotrebnadzor yaydığı bəyanatda bildirib ki, laboratoriya müayinəsi süd məhsullarının nizamlanması qaydalarını pozduğunu aşkarlayıb:

«İstehlakçı hüquqlarının qorunması məqsədilə, Rospotrebnadzor Rusiya Federasiyasına idxalı dayandırıb».

Bu, Rusiyanın Krımı anneksiya etməsindən sonra iki ölkə arasındakı ticarət münasibətlərinin pisləşməsinin son əlamətidir.
XS
SM
MD
LG