Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Vyanada İranın nüvə sazişinə dair danışıqlar başlayır


arxiv foto
arxiv foto
-
Aprelin 8-də Vyanada İran və altı dövlət Tehranın nüvə proqramına dair şübhələrə son qoymaq üçün son sazişin müzakirəsinə başlayır. İranın xarici işlər naziri Mohammed Javad Zarif ümidini bildirib ki, iki gün ərzində Vyanada yetərli irəliləyiş əldə oluna bilər. Bu da danışıqları aparanlara mayın ortasınadək son sazişin hazırlamasına imkan verər.

Rəsmilərin fikrincə, bu vaxtadək aparılan üç raund danışıqlarda uzun müddətli sazişə salına biləcək məsələlərə diqqət ayrılıb.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton dünya gücləri adından İranla münasibətləri koordinasiya edir. O, müzakirələrin “detallı və əsaslı” olacağını deyib, ancaq əlavə bilgi verməyib.

Rusiyanın təmsilçisi bu həftəki görüşdən xüsusi gözləntisi olmadığını söyləyib. Xarici işlər nazirinin müavini Sergei Ryabkov-un sözlərinə görə, bir sıra məsələlər üzrə danışıqlar ilkin mərhələdədir və bu görüş gələcək danışıqlar üçün əsas yaratmalıdır.

Ötən noyabrda İran və altı dövlət – Birləşmiş Ştatlar, Fransa, Rusiya, Çin, Britaniya və Almaniya – aralıq saziş əldə ediblər. Həmin sazişə görə, İran beynəlxalq sanksiyaların bir az yumşaldılması əvəzində nüvə proqramını kiçiltməyə razılaşıb.

Altı aylıq saziş yanvarın 20-də qüvvəyə minib və son sazişə dair danışıqlar üçün vaxt qazanmaq məqsədi güdüb.
XS
SM
MD
LG