Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:46

"Yarışlara ayrılan pullar mənimsənilir"


Arxiv - foto
Arxiv - foto
“Mən o məktəbdə ixtisarlar aparılmasının tərəfdarı idim. Ancaq daha bilmədim ki, təhsilsiz işçiləri saxlayıb özümü ixtisara salarlar”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə danışan Qazaxın Ürkməzli kənd sakini Aydın Vəliyevdir. O, yaxın günlərədək Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbində müəllim işləyirmiş. Bu yaxınlarda işdən çıxarılıb və bunu özünə qarşı qanunsuz hərəkət hesab edir:

"MƏKTƏBDƏ ALİ TƏHSİLİ OLMAYANLAR İŞLƏYİR"

“2012-ci ildə məktəbdə ixtisar apardılar. Əvvəl sevincək oldum. Çünki məktəbimizdə heç bir ali təhsili olmayan adamlar da işləyirdilər. Ancaq ixtisar zamanı işdən azad olunan müdirimizin yerinə heç bir pedaqoji təhsili olmayan Şücaət Nağdəliyevi təyin etdilər. Hər şey də bundan sonra başladı. Müdir kimi işə başladığı gündən ilk məni işdən çıxartdı. Heç bir səbəb də göstərmədi. Başına topladığı işçilər də özü kimi savadı olmayanlardır”.

Keçmiş müəllim təəssüflənir:

“1981-ci ilə kimi yeniyetmələr arasında yığma komandanın üzvü olmuşam, gənclər arasında SSRİ idman ustasıyam. Bədən Tərbiyəsi Akademiyasının məşqçi-müəllim fakültəsini bitirmişəm. Bütün bu göstəricilərimə baxmayaraq, müdir olduğunun 3 günü tamamlanmamış məni işdən azad etdi".

Aydın Vəliyev iddia edir ki, hazırkı məktəb direktorunu bölgədə idmanın inkişaf etməsi yox, öz mənafeyi maraqlandırır. İddia edir ki, yarışlara ayrılan pullar mənimsənilir:

TƏHSİL ŞÖBƏSİ RAZILAŞMIR

“O adama yarışların təşkilatçılığında yalnız korrupsioner müəllimlər lazım idi. İşə qəbul olunduğu gündən bu yana bütün fəaliyyəti göstərir ki, onun barəsində dediklərimdə yanılmıram. Bu aralar məktəb bircə uğura da imza atmayıb.

Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dargahlıyev isə razılaşmır. O. bildirib ki, Uşaq Gənclər İdman Məktəbi XX Spartagiyadada 3-cü yeri tutub. O, Aydın Vəliyevin ixtisara salınmasını intizamsız işçi olması ilə əlaqələndirib.

Aydın Vəliyevin sözlərinə görə, şikayətlərinə, yazdığı məktublara yolladığı ünvanlarda baxılmır, hamısı rayon təhsil şöbəsinə göndərilir. Oradasa ört-basdır edilir.

Sonuncu dəfə isə keçmiş müəllim ölkə başçısına və Heydər Əliyev Fondunun prezidentinə məktub yollayıb və cavab gözləyir.
XS
SM
MD
LG