Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

Hələlik Bakının cavabını gözləmək lazımdır


Arxiv foto
Arxiv foto
-

Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valery Gerasimov Azərbaycana rəsmi səfərə gəlir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində onun Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Valery Gerasimov
Valery Gerasimov
Aprelin 8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

Aprelin 2-də isə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel Bakıya gəlmişdi.

Həmin görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyət haqda danışanda regional sabitlik üçün əsas təhlükənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu bildirmişdi.

REGİONAL GƏRGİNLİKLƏRDƏN QORUMAQ...

Hərbi ekspert, Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, istər ilin əvvəlindən bu yanan Türkiyədən Azərbaycana həyata keçirilən hərbi-siyasi səfərlər, istərsə də sabaha nəzərdə tutulan MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin görüşləri əvvəlcədən planlaşdırılmış səfərlərdir:

«Hesab etmirəm ki, bu səfərlər son vaxtlar Rusiyanın MDB məkanında yaratdığı gərginliklərlə əlaqələndirilir».

Cəsur Sümərinli deyir ki, ancaq Rusiyanın Krımı işğal etməsindən sonra yaranmış vəziyyətdə hər hansı səfərə xüsusi diqqət ayırmaq lazım gəlir: «Aprelin əvvəllərində NATO ölkələri xarici işlər nazirlərinin Brüssel toplantısının yekunu olaraq qəbul edilmiş bəyanatda bir sıra postsovet məkanı ölkələrində, o cümlədən, Azərbaycan, Ermənistan və Moldovaya da təhlükəsizlik dəstəyi göstərilməsi qərara alınıb. Bu kontekstdən yanaşsaq, Türkiyənin NATO-nun üzvü, eyni zamanda Azərbaycanın hərbi strateji müttəfiqi kimi belə yozula bilər ki, Türkiyədən olan səfərlər Azərbaycanın təhlükəsizliyinə təminat, gözlənilən təhlükələrdən, regional gərginliklərdən qorumaq kimi də yozula bilər».
Cəsur Cümərinli
Cəsur Cümərinli
Hərbi ekspert 2010-cu ildə Azərbaycanla Türkiyə arasında həm də hərbi sahəni nəzərdə tutan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənəd imzalanmasını xatırladır: «Ancaq buna baxmayaraq çox təəssüf ki, 4 il ərzində bu kontekstdə hər hansı ciddi addımlar atılmayıb. Azərbaycanla Türkiyə arasında yalnız müdafiə sənayesi istiqamətində müəyyən irəliləyişlər olub.

BAKININ MÖVQEYİ NECƏ OLACAQSA...

Belə bir yanaşma da ola bilər ki, son vaxtlar bölgədə yaranmış gərginlik Türkiyə və Azərbaycan siyasi rəhbərliyində bir maraq yarada bilər. Söz yox ki, Azərbaycan-Türkiyə, Azərbaycan NATO arasında əməkdaşlığın hər hansı şəkildə güclənməsi müəyyən təsir və təzyiqlərə gətirib çıxara bilər. Bu baxımdan proseslər hələ yeni başlayır. Hələlik rəsmi Bakı ona tərəf yönələn mesajlara hər hansı formada cavab verməyib. Bakının mövqeyi necə olacaqsa, ondan sonra Azərbaycan-NATO, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya hərbi-siyasi əməkdaşlığının perspektivlərini müəyyən etmək mümkün olacaq».

Cəsur Sümərinli Rusiyanın Krımı işğalından sonra Azərbaycan-Türkiyə arasında donmuş hərbi münasibətlərdə irəliləyiş olacağını, xüsusilə iki ölkə arasında hərbi təlimlərin keçiriləcəyini gözləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG