Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 18:47

Rusiyaya qarşçı sanksiyalara görə Qazaxıstan öz neftinə yeni ixrac yolları axtarır

Qazaxıstan öz neftinə yeni ixrac yolları axtarır. Qazaxıstan narahatdır ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstanın enerji sektoruna ziyan vura bilər. Bunu Qazaxıstanın neft və qaz naziri Uzaqbai Qarabalin deyib.

Nazir millət vəkillərinə bildiorib ki, Rusiyaya qarşı sanksiyalar Qazaxıstanın Rusiya kəmərləri ilə ötürdüyü neftin həcmini azalda bilər.

Qarabalin deyib ki, Astana diqqətini Xəzər dənizi vasitəsi ilə Azərbaycan-Gürcüstan-Türkiyə kəmərinə cəmləməlidir.

Nazir İranı da mümkün tərəfdaş kimi istisna etmir.

Qarabalinin sözlərinə görə, yaxın gələcəkdə Qazaxıstan Çin, Özbəkistan və Türkmənistana neft ixracını artırmağa cəhd edəcək.
This item is part of
XS
SM
MD
LG