Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Hərbi Prokurorun müşavirinə 12 min manatlıq rüşvət ittihamı


-
Hərbi Prokurorun müşaviri, qurumun kriminalistika şöbəsinin sabiq rəisi rüşvət almaqda ittiham olunur. Yevlax rayon sakini Nasir Vəlipur Elman Nemətova 12 min manat rüşvət verdiyini iddia edir.

“12 MİN MANATI BACIMIN HƏYƏTİNDƏ VERMİŞƏM”

3 il əvvəl hərbçi oğlu Əlibaba Vəlipur narkotik maddə alverində ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. O zaman Elman Nemətov Əlibaba Vəlipurun işi üzrə yaradılmış istintaq qrupunun rəhbəri olub. Hal-hazırda hərbi prokuror Xanlar Vəliyevin müşaviridir.

Nasir Vəlipur deyir ki, Elman Nemətova oğlunun xilası üçün rüşvət verdiyini bütün məhkəmə proseslərində bəyan etsə də, iddia araşdırılmayıb:

“Yaşadığım kənddə, bacımın həyətində vermişəm rüşvəti. Özü gəlib kəndə. Onun maddi marağı nə idi ki, özü kəndə gəlirdi? 60 dəfə Hərbi Prokurorluğa yazmışam. Hərbi prokurorun müavinidir, buna kim baxacaq? 3 il qabaq vermişəm rüşvəti ki, uşağımı buraxsınlar. Razıyam ki, məni də bassınlar içəri, ancaq uşağımın günahı yoxdur axı”.

İŞ HƏRBİ MƏHKƏMƏYƏ VERİLİB

Yalçın İmanov
Yalçın İmanov
Nasir Vəlipurun vəkili Yalçın İmanovun sözlərinə görə, Hərbi Prokurorluğun Təşkilat-analitik şöbəsi verdikləri şikayətin rədd olunması barədə qərar edib:

“Həmin qərarı əldə edəndən sonra yuxarı prokurora- Xanlar Vəliyevə müraciət edib cinayət işinin başlanmasını istədik. Ancaq bu şikayətə heç bir cavab gəlmədi. Bu səbəbdən məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə müraciət etdik”.

Nəsimi məhkəməsində proses martın sonunda hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutub. Hərbi Prokurorluğun əməkdaşı vəsatət verib ki, işə ümumi deyil, Hərbi Məhkəmədə baxılmalıdır. İddia tərəfi etiraz edib, səbəb kimi Hərbi Məhkəmənin Hərbi Prokurorluqdan asılılığını, işə obyektiv baxılacağının şübhə doğurduğunu bildirib. Ancaq vəsatət təmin olunmayıb və iş baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

MÜRACİƏTLƏRƏ BAXILMASI

Hələlik prosesin vaxtı bəlli deyil.

Hərbi Prokurorluq öncə bu iddiaları “əsassız” adlandırsa və məhkəmənin qərarını gözləməyi məsləhət görsə də, sonra AzadlıqRadiosunun telefon zəngləri cavablandırılmayıb.

Vəkil Yalçın İmanov bir məqamı da vurğulayır ki, ölkə prezidentinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Baş Prokuror Zakir Qaralova şikayət göndərilsə də, bütün şikayətlər aidiyyatı üzrə orqana, yəni Hərbi Prokurorluğa yönəldilib. Vəkil bunu qanunsuz sayır:

“Vətəndaşların müraciətlərinə baxılması haqqında qanunda göstərilir ki, bir orqanın hərəkətindən şikayət edirsənsə, şikayət həmin orqana göndərilə bilməz. Bu halda şikayətə obyektiv baxılacağı qeyri-mümkün işə çevrilir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG