Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:38

FHN: Taxta bazarındakı yanğında 2 fəhlə tüstüdən zəhərlənib


-
Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda taxta satışı bazarında baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xitmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hadisə yerində xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər. Ərazidən 35 nəfər təxliyə edilib.

Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər fəhlə Təcili Tibbi Yardım Xidməti tərəfindən xəsətəxanaya aparılıb. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
XS
SM
MD
LG