Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

Azərbaycan hökuməti 14 məhbusu İrana təhvil verib


arxiv foto
arxiv foto
-
Azərbaycan həbsxanalarında cəza çəkən 14 məhbus İrana təhvil verilib. Bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayi bazar günü açıqlama verib.

Transfer prosesi aprelin 6-da Astara sərhəd-keçid məntəqəsində İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib:

“Bu məhbuslar narkotik maddələrlə bağlı ittihamlarla həbs edilərək, azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər”.

Martın sonunda 11 iranlı məhbus Azərbaycandan İrana təhvil verilib, İran həbsxanalarında cəza çəkən 2 azərbaycanlı isə Azərbaycana transfer olunub.

M.Molayi onu da söyləyib ki, Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun tezliklə İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb: “Hazırda Azərbaycan həbsxanalarında təxminən 200-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotik maddələrin alqı-satqısı və daşınması ittihamı ilə həbs olunub”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG