Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:10

Naxçıvanda tikinti materialları bolluğundan doğan sevinc


Arxiv fotosu
Arxiv fotosu
-
Şərq qapısı 05.04. 2014


Siması dəyişən Nuh nəfəsli Əcəmi yurdu gözəlliklər məskəninə çevrilib. Hər daşı, qayası ox nişanlı, hər zümrüd gözlü bulağının pıçıltısında həzin ana laylası çağlayan doğma Naxçıvan diyarımız, qədimdən-qədim Naxçıvan şəhəri bina olandan bəri heç vaxt, heç zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb.

Bunu inkar etməyə kimsənin dili gəlməz. Sadəcə, bu inkişafı və tərəqqini görənlər təəccüblənə bilərlər. Təəccüblənə bilərlər ki, son illər ərzində neçə-neçə keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu. Bu yerdə xəyal məni istər-istəməz bir qədər əvvəllərə, babamın söylədikləri o vaxtkı Naxçıvan şəhərinin uçub sökülən küçələrinə çəkib aparır.

Babam deyirdi ki, gecələrin lal-dinməz sükutunu pozan qatarların səhərəcən səngimək bilməyən hərəkət səsi elə bil bu gün də qulaqlarımda səslənir. Nələr daşımırdı polad relslər üzərində hərəkət edən bu yük karvanları.

Naxçıvan şəhərindəki dəmiryol vağzalının həndəvərində inşaat materiallarından təpələr yaranmışdı. Və bəzən uzun müddət lövbər salaraq öz sahibini gözləyirdi.

Burada taxta-şalbandan, kubik daşından, sementdən, şüşədən tutmuş adi mismara qədər nə desəydin, tapılardı. Ancaq təəssüflər olsun ki, bunlardan istifadə etməyə imkan verilmirdi. İnşaat materialları almaq və ondan istifadə etmək əlçatmaz idi.
Sevindirici haldır ki, bu gün inşaat materiallarından istifadə tam sərbəstdir.

Bunun nəticəsidir ki, bu gün köhnə binalar elə yenilənib ki, babam yaşasaydı, bu gördüklərinə nağıl kimi baxardı. Erməni qəsbkarlarının yaratdığı ağır blokada şəraitinə baxmayaraq, Naxçıvan inkişaf yollarında inamlı addımlar ataraq tərəqqi zirvəsindəki gül çələnginə, çiçək ətrinə bürünür. Üzümüzə yeni ülvi arzularla açılan hər nurlu sabah Naxevinc müjdəli bir yeniliklə əlamətdar olur…
XS
SM
MD
LG