Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:04
-
Bakının “Gallery 1969” sərgi salonunda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının əsərlərindən ibarət “Fərqli baharlar” sərgisi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, aprelin 4-dən 9-dək keçiriləcək sərgidə impressionizm üslubunda 60-a yaxın əsər nümayiş olunacaq.

Bu gün saat 18-30-da baş tutacaq açılış mərasimində tanınmış ictimai xadimlər, rəssamlar, dövlət məmurları, səfirlər və diplomatik korpus nümayəndələri iştirak edəcəklər.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.
XS
SM
MD
LG