Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 22:54

Mehriban Əliyeva: “Məqsədimiz I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməkdir”


-
“Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir”.

Bunu aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

“Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək bu oyunların 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu bildirib.

Bu oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə lisenziyalar veriləcək.
XS
SM
MD
LG