Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:35

Fort Hood hərbi bazasında 4 adam ölüb, 16 adam yaralanıb


Texasda hərbi bazada əsgər 3 nəfəri güllələyib, sonra isə özünü vurub. Fort Hood hərbi bazasının nümayəndəsi general-leytenant Mark Milley deyib ki, 16 adam da yaralanıb.
Adamları gülələyən əsgər İraqda xidmət edib və post-travmatik stresslə bağlı müalicə olunurmuş. General bildirib ki, bu hadisə terrorizmlə bağlı deyil.

2009-cu ildə eyni bazada mayor Nidal Hasan 13 nəfəri gülləmişdi. Keçən il ölümə məhkum olunan mayor deyirdi ki, Əfqanıstana göndərilıməli əsgərləri Talibana kömək məqsədilə güllələyib.
XS
SM
MD
LG