Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:19

Yanukovich Rusiyanın Krımı tutmasını "faciə" adlandırır


Ukraynanın keçmiş prezidenti Viktor Yanukovich deyib ki, Rusiyanın Krımı özünə birləşdirməsi faciədir.

Rusiyanın "Dojd" televiziyasına müsahibə verən Yanukovich deyib ki, o, hakimiyyətdə olsaydı, buna imkan verməzdi.

Yanukovich ümid etdiyini bildirir ki, Putinlə söhbət etsəydi, onu inandırmağa çalışardı ki, Krım yenidən Ukraynaya qayıtsa yaxşı olardı.

Yanukovich mayın 25-nə təyin olunan prezident seçkilərini də qanunsuz sayır.
XS
SM
MD
LG