Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:12

Elnur Aslanovun yeni vəzifəsi var


Azerbaijan -- Elnur Aslanov, chief of the department of political analysis and information of the Presidential Administration, May2012
Azerbaijan -- Elnur Aslanov, chief of the department of political analysis and information of the Presidential Administration, May2012
-
Bir müddət əvvəl Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən kənarlaşdırılan Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni vəzifəyə təyin edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumatı təsdiqləyib.

Artıq Elnur Aslanov nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsində səlahiyyətlərinin icrasına başlayıb.

Prezident İlham Əliyev martın 17-də Elnur Aslanovu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad etmişdi.

Onun işdən azad olunma səbəbləri haqqında rəsmi məlumat verilməyib.

Həmin ərəfədə yerli media və sosial şəbəkələr Elnur Aslanovun «nurçu»larla bağlılığından yazırdı. Onun «nurçu»ların hazırda Pensilvaniyada yaşayan lideri Fetullah Gülen-e «elnur_aslanov» ünvanlı e-mail-dən göndərdiyi iddia olunan məktubu da yayılmışdı.

Elnur Aslanov indiyədək yazılanları şərh etməyib.

37 yaşlı Elnur Aslanov Bakı Dövlət və «Azərbaycan» Universitetlərini bitirib, siyasi elmlər namizədidir.

Onun anası Rəbiyyət Aslanova Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.
XS
SM
MD
LG