Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

Azərbaycan 138 ölkə arasında 77-cidir


Ticarətə maneələr qlobal iqtisdadiyyatın dirçəlməsinə əngəldir, bir çox hökumətlər iqtisadi artıma və sosial rifaha aparan islahatlar keçirə bilmir.

Bunu Dünya İqtisadi Forumunun 2014-cü il Qlobal Ticarət Hesabatı bildirir.

2 ildən bir çıxan hesabat dünya ölkələrində malların sərhədləri sərbəst keçə bilməsində hökumətlərin siyasətinə, infrastruktura, xidmətlərin səviyyəsinə qiymət verir.

Bu ilki hesabat 4 əsas sahədə vəziyyəti qiymətləndirir: bazara çıxış, sərhəd xidməti, infrastruktur və əməliyyat mühiti.

İndiki hesabatda Azərbaycan 138 ölkə arasında 77-ci yeri tutub.

Müqayisə üçün, Ermənistan 53-cüdür, Gürcüstan 36-cı. Qazaxıstan 94-cü, Rusiya 105-ci yerdədir.

Dünyanın ən böyük ixrcatçı ölkəsi Çin 54-cü yeri tutur.
ABŞ 15-cidir.

Hesabatda birinci yerdə Sinqapur, ikinci yerdə Honq Konq, 3-cü yerdə Niderlanddır.
XS
SM
MD
LG