Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Bu gün Həsən Hüseynlinin məhkəməsi olacaq


Azerbaijan -- Ganja city resident Hasan Huseynli - 31Mar2014
Azerbaijan -- Ganja city resident Hasan Huseynli - 31Mar2014
-
Aprelin 2-də Həsən Hüseynlinin məhkəməsi olacaq. Bu barədə AzadlıqRadiosuna onun vəkili Əlayif Həsənov məlumat verib.

Martın 31-də Gəncədə həbs edilən QHT rəhbəri Həsən Hüseynli “xuliqanlıq” da ittiham edilir. Daxili işlər nazirliyinin mətbuat xidmətinin aprelin 1-də yaydığı məlumatda deyilir ki, Həsən Hüseyinli öz həmyerlisi olan Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyi üçün saxlanılıb.

Məlumata görə, qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov xəstəxanaya yerləşdirilib, Həsən Hüseynliyə Gəncə Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Nazirlik hesab edir ki, mətbuatda Həsən Hüseyinliyə qarşı təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

H. Hüseynli və ailəsi bunun təxribat olduğunu, fəaliyyətinə görə saxlandığını iddia edir.

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.
XS
SM
MD
LG