Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:16

Azərbaycan Moskvadakı "Aktyorlar Evi"ni 200 milyon dollara alıb


Moskvadakı "Aktyorlar Evi"
Moskvadakı "Aktyorlar Evi"
-
Azərbaycanın Rusiya ilə, xüsusilə ölkənin regionları ilə iqtisadi əlaqələri genişləndirir. Bu barədə aprelin 2-də jurnalistlərə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov məlumat verib.

Onun sözlərinə görə, prezident İlham Əliyev Rusiyanın regionları ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün bütün şəraitin yaradılmasına göstəriş verib: “Azərbaycana səfər edən Rusiya regionlarının rəhbərləri, qubernatorları da yerli iş adamları ilə tanış olmaq istəyir. Onlar da Azərbaycan investorlarına maraq göstərirlər”.

Qüdsi Osmanov deyir ki, artıq Azərbaycan Rusiyaya investisiya yönəldir: “Dövlət Neft Fondu VTB bankına yarım milyard dollar yatırım etməklə bankın üzvü olub. Moskvada “Aktyorlar evini”n binasını almışıq. 200 milyon dollardan artıq bura investisiya qoymuşuq. Azərbaycan investisiyası regionlarda da qeyri-dövlət sektorunda genişlənir”.

Azərbaycanlıların Rusiyada üzləşdiyi problemlərlə bağlı danışan Qüdsi Osmanov deyir ki, yeni qaydalara görə Rusiya qanunvericilik tələblərini pozanların ölkəyə girişi qadağan olunub: “Bu adamlar səfirliyə müraciət ediblər. Səfir Polad Bülbüloğlu müvafiq qurumların rəhbərləri ilə görüşüb. Belə qərara alınıb ki, Azərbaycan səfirliyinə müraciət olduqda biz bununla məşğul olacağıq. Ölkəyə girişinə qadağan qoyulan Azərbaycan vətəndaşı bizə müraciət etdiyi halda biz onun problemini həll etməyə çalışaçağıq. Təbii ki, dərhal həll edilən məsələ deyil, problemin həlli 2-3 ay sürə bilər. Amma bu gün səfirlik 100-dən çox belə vətəndaşın problemini həll edib”.
XS
SM
MD
LG