Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 04:29

İctimai nəqliyyatda nağd ödəniş ləğv olunacaq


ictimai nəqliyyat
ictimai nəqliyyat
-
Bakıda ictimai nəqliyyatda nağd ödənişin ləğv olunacağı gözlənilir. Ödənişli kart sisteminin provayderi olan “Bank of Baku”nun məlumatına görə bu qərarı icra orqanları verəcək. Məlumatda o da deyilir ki, indi dövriyyədə 10 min real kart istifadəçisi var və həmin istifadəçilərin yarısı aktiv istifadəçi sayılır. Bu cür kartlardan, əsasən, gənclərin yararlandığına da diqqət çəkilir. “Bank of Baku” ödəniş kartlarından az istifadəni paytaxtdakı avtobuslarda uyğun qurğuların olmamasında görür. Bankın məlumatına görə, 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunlarınadək avtobusların gərəkli qurğularla təminatı başa çatdırılacaq.

Bakıda gediş kartlarının istifadəsinə bu ilin yanvar ayından başlanıb. Hazırda 37 marşrutda bu cür sistem qurulub. Kartın qiyməti 3 manatdır. Bunun 2 manatı depozit, 1 manatı gedişhaqqı üçündür.
XS
SM
MD
LG