Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:21

Amerika bankı Rusiya səfirliyinin pul köçürməsinə imkan vermədi


Rusiyanın xarici işlər nazirliyi ABŞ bankının Qazaxıstandakı addımını pisləyib.

JPMorgan Chase Qazaxıstanın Astana şəhərində Rusiya səfirliyindən “Soqaz” sığorta şirkətinə pul köçürməsinə imkan verməyib. Bunu ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə əsaslandırıb.

Rusiya XİN bildirib ki, bu tipli addımlar cavab reaksiyasına səbəb ola və ABŞ səfirliyinin Rusiyadakı fəaliyyətinə təsirini göstərə bilər.

Krımı işğal edən Rusiyaya qarşı həm ABŞ, həm də Avropa Birliyi iqtisadi sanksiyalar qoyub.
XS
SM
MD
LG