Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Azərbaycanda sertifikatı olmayan “Halal” məhsullar satışdan yığışdırılacaq


Foto arxiv

Aprelin 1-dən Azərbaycanda dövlət sertifikatı olmayan və üzərində “Halal” sözü yazılan məhsulların istehsalı və satışı qadağandır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sifarişçi sertifikat almaq üçün müvafiq quruma- AzSert şirkətinə müraciət etməlidir.

Məlumatda deyilir ki, Azərbaycanda ət məhsulları istehsal edən bu cür şirkətlərin hamısı ,indiyədək “halal” kəlməsindən sui istifadə edib.Sertifikat almaq üçünsə dövlət şirkətinə cəmi 9 müəsisə müraciət edib.Buna görə də halal məhsul istehsalı üçün şəraiti olmayan müəssisələrin məhsulları aprelin 1-dən satışdan çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG