Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:39

Müsavat partiyası BŞİH-i məhkəməyə verib


-
Müsavat partiyası Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. Bu barədə AzadlıqRadiosuna Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib:

“Müsavat partiyası qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət etmişdi və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib. Sənədlər bu gün 1 saylı Bakı Şəhər inzibati-iqtisadi məhkəməsinə təqdim edilib və qəbul olunub”.

Müsavat partiyası fevralın 11-də BŞİH-nə müraciət edib. Patiyanın qurultayının mayın 24-də keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG