Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:21

Milli filmlərin pulsuz nümayişinə başlanır


«Nizami» Kino Mərkəzi
«Nizami» Kino Mərkəzi
-
Martın 31-dən etibarən «Nizami» Kino Mərkəzində hər bazar ertəsi, çərşənbə və cümə günləri Azərbaycan milli filmlərinin pulsuz nümayişi başlanılır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Nizami Kino Mərkəzinə istinadən yaydığı xəbərə görə, məqsəd tələbə və gənclərin milli filmlərə marağının artırılması, ekran əsərlərində əks etdirilən adət-ənənələrə bələdçilik, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

Bundan əlavə, «Nizami» Kino Mərkəzinin layihəsində Azərbaycanın tarixi və tanınmış simaları haqqında filmlərin nümayişi də nəzərdə tutulub.

Xəbərdə bildirilir ki, filmlərin seansları haqqında informasiyanı «Nizami» Kino Mərkəzinin «facebook» səhifəsindən öyrənmək mümkündür.
XS
SM
MD
LG