Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

«Hakimiyyət Krımdan istifadə edib istibdadı uzada bilər»


Cəmil Həsənli və Əli Kərimli
Cəmil Həsənli və Əli Kərimli
-
«Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla, Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaqla ölkəyə ciddi təhlükəsizlik çətiri yaratmalı, mütərəqqi dünyanın bir hissəsi olmalıdır».

Bunu martın 29-da Milli Şuranın sessiyasında AXCP sədri Əli Kərimli söyləyib.

Əli Kərimli həmçinin deyib ki, hakimiyyət Qərb üçün həssas məqamda onunla səsləşən mövqe tutmasından sui-istifadə edərək, daxildə istibdadı uzada bilər.

Bu il keçiriləcək bələdiyyə seçkilərinə toxunan partiya sədrinin fikrincə, Milli Şura bu məsələdə qeyri-müəyyən vəziyyətdədir, hakimiyyətin də heç bir addımı yoxdur.

Əli Kərimli təklif edib ki, Milli Şura komissiya yaradaraq Avropa Şurası və ATƏT ilə danışıqlara başlasın, onlardan seçki islahatlarına nail olmaq üçün səyləri artırmaq tələb olunsun.

Milli Şuranın sədri Cəmil Həsənli də bildirib ki, Şura bələdiyyə seçkilərini müzakirə edib ortaya mövqe qoymalıdır.
Milli Şuranın iclası
Milli Şuranın iclası


Keçmiş deputat Gültəkin Hacıbəyli Krımın ilhaqı haqda fikrini bildirib:

«Düşünürəm ki, Qərbin seçdiyi siyasi və iqtisadi təzyiqlər yolu daha effektivdir. Yaxşı bilirik ki, böyük imperiyalar məhz bu yolla çökürlər».

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər ATƏT-in seçki islahatları ilə bağlı tövsiyələri üzərində dirəniş göstərməyin vacibliyini vurğulayıb:
«Çünki seçki islahatı, azad və ədalətli seçki olmadan ölkədə heç bir dəyişiklik gözlənilə bilməz».
Sessiyada AXCP qərargahının yerləşdiyi binadakı partlayış, Milli Şuranın seçki təkliflərinin Venesiya Komissiyasına çatdırılması və s. məsələlərlə bağlı bir sıra təkliflər də səsləndirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG