Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

"Təhminə və Zaur" yenidən çap edildi


-

Azərbaycanın ən məşhur sevgi romanlarından olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi" yenidən çap edildi.

"Qanun" nəşriyyatının “Təhminə və Zaur və ya Beşmərtəbəli evin altıncı mərtəbəsi” adıyla çap etdiyi əsəri xalq yazıçısı Anar ötən əsrin 70-ci illərində yazsa da, həm romanın özü, həm də onun əsasında çəkilmiş film indi də populyarlığını qoruyur.

Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü.

Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG