Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:09

"Ədəbiyyat qəzeti" və "Ulduz" jurnallarının rəhbərliyində dəyişiklik


Ayaz Vəfalı
-

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin iclası keçirilib.

AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı vəzifəsindən azad olunub.

Onun yerinə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təyin olunub.

İclasda “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinatla bağlı məsələyə də baxılıb.

Jurnalın baş redaktor müavini, şair Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinat alıb.

Birlikdən əlavə ediblər ki, Ayaz Vəfalı vəzifədən öz ərizəsi ilə azad olunub.

Ayaz Vəfalı işdən çıxması haqda ətraflı danışmaq istəməyib. O, "Oxu zalı"na bildirib ki, qəzetdən ayrılması səhhəti ilə bağlıdır.

"Ədəbiyyat" qəzeti həm AYB-nin öz üzvləri, həm də kənardan ciddi tənqid olunurdu.

Qəzetin maraqsız, gündəmlə ayaqlaşmayan mövzularda yazdığı iddia olunurdu.

"Ulduz" və "Azərbaycan" jurnalları ilə də bağlı tənqidlər səslənir.

AYB-də bundan qabaq İnternet saytı yenilənməyə başlayıb. Gənclər Şurasının rəhbərliyi dəyişdirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG