Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:54

Gürcüstan müdafiə nazirinin müavini Azərbaycana gəlir


-
Martın 28-də Gürcüstan müdafiə nazirinin müavini Mikheil Darchiashvili Azərbaycana səfərə gələcək.

Səfər çərçivəsində onun Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

M. Darchiashvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər martın 29-a qədər davam edəcək.

Xəbəri Müdafiə Nazirliyinin saytı yayıb.
XS
SM
MD
LG