Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:32
-
Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması ilə bağlı məsələ araşdırılır.

Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

“Belə təsəvvür yaranıb ki, Xəzərin Azərbaycan sektorunda bu hal hələlik kütləvi xarakter daşımır. Eyni zamanda, ehtimal olunur ki, bütövlükdə balansın pozulmasının konkret təzahürü olan kefal balığı yırtıcı balıq olsa da, onu ovlayan digər balıqlar da vardır. Bu balans pozulanda onların sayı çoxala bilir”.

Hələlik tədqiqatın nəticələri məlum deyil.

Hüseynqulu Bağırov hazırda Xəzərin mövcud probleminin dənizin resurslarının tükənməsi ilə bağlı olduğunu deyib.
XS
SM
MD
LG