Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:02
Ukraynada qalmaqallı videolarla yadda qalan Alexander Muzychko öldürülüb.Onu Ukraynanın Rivne şəhərində güllələyiblər.

Sağ Sektorun ziddiyyətli fiqurlarından olan Muzychko bu videolardan birinsə prokurorun yaxasından yapışaraq onu Ukraynaya xidmət etməyə çağırırdı, digərində isə yerli şəhər rəhbərliyinin iclasında Kalashnikov avtomatı ilə şəhər rəhbərliyinə necə işləməyi öyrədirdi.

O yeni hökuməti Rusiyanın Krımı tutmasının qarşısını ala bilməməkdə günahlandırırdı:
“Xarici qoşunlar bizim ölkənin bir hissəsini tutub. Onlar Krımı işğal edib. Krımda xüsusi təyinatlı xarici qoşun birləşmələri var. Ukrayna əleyhinə müharibənin indi başlandığını düşünənlər səhv edir. Ukrayna əleyhinə müharinə 1991-ci ildən başlanıb. Rusiya Ukraynanı işğal etməyincə, sakitləşməyəcək”.

Çeçenistan müharibəsində vuruşmuş Muzychko 1994-1995-ci illərdə 20 Rusiya əsgərinə işgəncə vermək və öldürmək ittihamı iıə Rusiya tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG