Keçid linkləri

2025, 17 Dekabr, çərşənbə, Bakı vaxtı 09:48

Bakı metrosunda reklamlar yığışdırılır


Foto: Arxiv
Foto: Arxiv
-
«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vaqonlardakı reklam və elanların tezliklə yığışdırılmasına göstəriş verib.

Bu barədə modern.az saytı məlumat verir. Göstərişə əsasən, vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün lövhələr tezliklə ləğv olunacaq.

Zaur Hüseynovun bu qərarının metro stansiyalarında yerləşdirilmiş reklamlara da aid edilib-edilməyəcəyinin hələ məlum olmadığı bildirilib.

«Bakı Metropoliteni»nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb
XS
SM
MD
LG