Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:30

Rus ordusu Krımda Ukrayna bazasına hücum edib- [Video]


Rus ordusunun Krımda Ukrayna bazasına hücumu
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Rus ordusunun Krımda Ukrayna bazasına hücumu

-
Ukrayna Hava Qüvvələri komandiri Rusiya silahlı qüvvələrinin onun bazasına hücumundan sonra «oğurlanıb» və hazırda Krımdadır. Bunu Ukrayna prezidenti Oleksandr Turchynov bəyan edib.
Turchynov martın 23-də polkovnik Yuliy Mamchur dərhal azad etməyi tələb edib. Yuliy Mamchur Sevastopol yaxınlığındakı Belbek aviabazasının komandiridir.
Rusiya əsgərləri aviabazaya martın 22-də hücum edib və tabe olmayan Ukrayna qoşun üzvlərinə atəş açıb. Nəticədə bir Ukrayna əsgəri yaralanıb.
Rusiya Müdafiə Nazirliyi də martın 23-də bəyan edib ki, Rusiya qüvvələri Belbek və Sevastopol yaxınlığındakı digər baza – Novofedorovka bazası üzərində nəzarəti ələ keçirdikdən sonra artıq Krımdakı 189 hərbi obyekt üzərində Rusiya bayrağı dalğalanır.
Simferopolda Krımın baş naziri Sergei Aksyonov Rusiya qüvvələrinin tezliklə şərqi Ukraynanı işğal edəcəyini proqnozlaşdırıb:
«Burada- Krımda biz Rusiyanın köməyini gözləyirik və buna ümidliyik. Mən sizi əmin edirəm ki, gözləntimiz əbəs deyil. Mən arxayınam ki, Rusiya Ukraynanın digər regionlarından da kömək üçün meraciətə cavab verəcək».
Philip Breedlove
Philip Breedlove
Bazar günü Brüsseldə NATO baş hərbi komandiri Rusiya qoşunlarının Ukraynanın Moldovanın separatçı Transdinester regionu ilə sərhəddə toplandığından narahatlığını ifadə edib.
ABŞ generalı, NATO Avropa Müttəfiq Qüvvələri Ali Rəhbərliyi vəzifəsini icra edən Philip Breedlove da Rusiyanı NATO-nun müttəfiqindən çox onun rəqibi, qarşı tərəfi kimi davranmaqda ittiham edib.
Rusiya prezidenti Vladimir Putin martın 23-dı Moskvada bəyan edib ki, Rusiya hökuməti gələn həftə ərzində Krımda işə başlayacaq. Putinin Rusiya qanunvericiliyinə uyğun olaraq polis, mülki müdafiə, daxili kəşfiyyat və digər hökumət strukturlarının formalaşdırılmasına dair martın 29-da sərəncam verəcəyi gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG