Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:28

İtmiş təyyarənin tapıldığı güman olunur


-
Çin peykinin köməyi ilə Hind okeanının cənub hissəsində aşkar olunan iri obyektin itmiş Malayziya təyyarəsinə aid ola biləcəyi ehtimal edilir.

Bu barədə martın 22-də Malayziyanın nəqliyyat naziri məlumat verib. O, Çin gəmilərinin aşkar olunan obyektə doğru göndərildiyini deyib.

Martın 8-də göyərtəsində 239 sərnişin olan Malayziya təyyarəsi Kuala-Lumpurdan Çinə doğru istiqamət götürüb və bir qədər sonra onunla ilə əlaqə kəsilib.

Bu günə qədər təyyarə və gəmilərlə aparılan axtarışlar nəticə verməyib.
XS
SM
MD
LG