Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Bu bina indi çökər, bu saat çökər...


Şamil Əzizbəyov küçəsindəki 140 saylı qəzalı bina
-
«Evimizdə oturmağa qorxuruq. Binanın qarşısından maşınlar ötəndə ayağımızın altında döşəmə silkələnir. Sanki indi dağılıb töküləcək. Qonşuların çoxu başqa yerlərdə kirayə ev tutub, canını götürüb gedib. Ev tutmaq imkanları olmayanlar isə taleyi ilə barışıb, oturub binanın çökəcəyi anı gözləyir».

Söhbət Şamil Əzizbəyov küçəsindəki 140 saylı binadan gedir. AzadlıqRadiosunun «Qaynar xətt»inə binanın vəziyyətindən danışansa sakin Eldar Səfərovdur. Deyir, tarixi bina çökmək üzrədir. Hətta müvafiq qurumlar da onun qəzalı olması barədə rəy verib. Ancaq tədbir görən yoxdur:

134 İLİN TƏMİRSİZ, BƏRPASIZ TİKİLİSİ...

«1880-ci ildə istifadəyə verilmiş bina 3 mərtəbəli, 20 mənzillidir. Döşəmələri çürük-çürük, divarları çat-çat... 134 ilin tikilisində bircə dəfə də əsaslı təmir-bərpa işləri aparılmayıb. Elə sınıb töküldükcə zaman-zaman gəlib yamayıb gediblər. İndi vəziyyət lap dözülməzdir. daşları sürətlə qopub düşür».

Nəsimi rayon İcra Hakimiyyətinin 15 saylı Mənzil-Kommunal İstismar Sahəsindən (MİS) «qaynar xətt»ə bildiriblər ki, binaya dəfələrlə baxış keçirilib. Əsaslı təmir-bərpa işlərinin aparılmasının zəruriliyi barədə Nəsimi İH Mənzil Təsərrüfat Birliyinə (MTB) məktub göndərilib. MTB-dən isə bildirdilər ki, 140 saylı binanın əsaslı təmiri üçün Bakı şəhər İcra Hakimiyyətinin Tikinti-Bərpa Departamentinə müraciət olunub. Departament isə təmir-bərpa işləri üçün hələlik vəsait ayırmaq mümkün olmadığını bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG