Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 10:46

Sevastopoldakı Ukrayna bazasına hücum edilib


Foto arxiv
Yüzlərlə adam Ukrayna hərbi dəniz donanmasının Sevastopoldakı baş qərərgahına hücum edərək Rusiya bayrağını qldırıblar.Məlumatlara görə, Krım özünümüdafiə qüvvələri daxil olmaqla yüzlərlə adam çərşənbə günü bazanın ərazisinə soxulubular.

Ukrayna hərbi-dəniz donanmasının nümayəndəsi onların silahsız olduqlarını deyir.

Ukraynanın müvəqqəti müdafiə naziri Ihor Tenyukh və baş nazir müavini Vitaliy Yarema vəziyyəti yoluna qoymaq üçün Krıma yollanıblar.Amma separatçı Krım respublikasının baş naziri Sergei Aksenov onların Krıma buraxılmayacaqlarını bildirib.

Aksenov bu gün Moskvada deputatlar qarşısında çıxış edərkən deyib ki, bu vətənpərvərlik ruhu Ukraynanın cənub-şərq regionlarına da yayılmalıdır.

Rusiya ilə Krım çərşənbə axşamı yarmadann Rusiyaya birlıəşdirilməsi barədə müqavilə imzalayıblar. Ukrayna və Qərb ölkələri bunun ilhaq və tamamilə qanunsuz olduğunu bəyan ediblər.
XS
SM
MD
LG