Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Pərviz Həşimlinin məhkəməsi təxirə salınıb


-
Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə prosesi təxirə salınıb.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov “Media forum” saytına deyib ki, prosesə qatılacaq digər vəkil Elçin Sadıqov məhkəmədə iştirak edə bilmədiyi üçün məhkəmə aprelin 1-nə təyin olunub.

Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir. Hər iki şəxs MTN-in istintaq təcridxanasında saxlanır.
XS
SM
MD
LG