Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Cəlilabadda bir neçə uşaq bağçasında qıda nöqsanları aşkarlanıb


arxiv foto
arxiv foto
-
Cəlilabad şəhərində bir neçə bağçada qidalanmanın dövlət standartına uyğun olmadığı üzə çıxıb.

Bu barədə martın 17-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, Cəlilabad şəhəri, Heydər Əliyev prospektindəki 1 və 3 saylı uşaq bağçasında aparılan araşdırma zamanı həmin bağçaların anbarlarında ərzaq məhsullarının otaq temperaturunda saxlanıldığı, hazırlanan yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarının tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verildiyi aşkar edilib.

Bundan başqa yeməklərin hazırlanması zamanı istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatları, istifadə olunan ət məhsullarının baytarlıq şəhadətnamələrinin yoxlamaya təqdim olunmadığı bildirilir.

Bağça rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
XS
SM
MD
LG